Xidməti başa vuran əməkdaşların silah və vasitələri yoxlanılır, onların tamlıq və sazlığı təsdiqlənir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Yolda baş verən hadisələr və qayda pozuntuları barədə məlumatlar qəbul edilir və müvafiq qurumlara təhvil verilir. Növbətçi, sənədləri qeyd edərək, məlumatların düzgünlüyünü təmin edir. Əməkdaşların xidmətə uyğunluğu və tərtib edilən materiallar düzgün şəkildə qəbul edilir.