YPX inspektorları yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibətində insan hüquqları və vətəndaş azadlıqlarına hörmət etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Onlar qanunçuluğa riayət etməli, təqsirsizlik prezumpsiyasını əsas götürməlidir. Həmçinin, hüquqların qorunmasına əsaslanaraq, ədalətliliyi təmin etməli və inzibati xətaların qarşısını almalıdır. Bu prinsiplər YPX əməkdaşlarının fəaliyyəti üçün əsas təlimat olmalıdır.