YPX-nin TƏHLÜKƏSİZLİYİ

01 Aprel 2025, 01:11

YPX əməkdaşı xidmətə gedərkən səliqəli görünüşə və müvafiq təchizata malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu təchizat xidmətin mövsümə uyğun geyimi, işığı əks etdirən təchizat, döş nişanı, silah və digər xüsusi vasitələrdən ibarətdir. Həmçinin, əməkdaşda “Yol-patrul xidməti inspektorunun xidməti kitabçası”, sürücülük vəsiqəsi, protokol blankları və digər zəruri sənədlər olmalıdır. Təlimatlandırma naryadların bölünməsi və xidmətə başlaması ilə başa çatır.