Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “Yaşma bağları” ərazisində qeydə alınıb.
1970-ci il təvəllüdlü İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb. Maşının banını qaldırarkən ban yüksək gərginlikli elektrik xəttinə toxunub. Sürücü cərəyan vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.