Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürə bilər.
Heftelik.az-ın məlumatına görə, Rafael Qrossi bu barədə “La Nacion” qəzetinə bildirib.
Bununla belə, Rafael Qrossi deyib ki, hazırkı baş katib Antoniu Quterreş səlahiyyətlərinin icrasına davam edir:
“Quterreş hələ 2026-cı il, dekabrın 31-dək vəzifəsində qalacaq. Lakin mən bu posta namizədliyimi irəli sürmək ideyasını ciddi şəkildə nəzərdən keçirirəm. ”
Qeyd edək ki, Rafael Qrossi 2019-cu ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorudur.