Baş markşeyder dağ-mədən keçid işlərinin aparılmasına, faydalı qazıntıların balans ehtiyatlarının səmərəli istifadə olunmasına, ehtiyatların istifadə olunmasının düzgün uçotunun təşkilinə, yerinə yetirilən dağ-mədən işlərinin həcminə və eləcədə istehsal prosesində yol verilən itkilərə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Baş markşeyder podratçı təşkilatlar tərəfindən görülən markşeyder işlərinin qəbulunu təmin edir. Qurğuların dağ-mədən qazma işlərinin zərəli təsirindən mühafizə olunması, qorunma məqsədilə aparılan dağ-mədən qazmaları üzrə tədbirlərin işlənib hazırlanmasına, işçi planlarının, sxemlərin kəsiklərinin (profillərinin) hesabat və digər texniki sənədlərinin tərtib olunmasına rəhbərlik edir. Müəssisələrin tikinti və yenidənqurma layihələrinin baxılmasında iştirak edir. Markşeyder işləri üzrə tədqiqatların aparılmasını markşeyder ölçülmələrinin yeni mütərəqqi metodlarının tətbiq edilməsini təşkil edir. Əsas ıə mübadilə ediləcək markşeyder sənədlərinin vaxtlı-vaxtında tərtib olunmasını və artırılmasını təmin edir.
Şöbənin (xidmətin) işçilərinə rəhbərlik edir, markşeyder işlərinin aparılması ilə əlaqədar bölmələrin fəaliyyətini əlaqələndirir.