Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Müstəsna hallarda (inventarizasiya aparılan obyektlərin müxtəlif ərazilərdə yerləşməsi, iş həcminin çox olması, vergi ödəyicisi inventarizasiyanın nəticələri ilə razılaşmadıqda və s.) inventarizasiyanın müddəti vergi orqanının əsaslandırılmış qərarı ilə səyyar vergi yoxlamasının keçirildiyi müddətdən çox olmayaraq artırıla bilər. Bu zaman “İnventarizasiyanın müddətinin artırılması haqqında Qərar” qəbul edilir.