Baş texnoloq istehsal işlərinin qabaqcıl texnologiyasının tətbiqini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş texnoloq tikinti elm və texnikasının nailiyyətlərindən istifadə etməklə, istehsal işinin təhlükəsizlik sənaye və iqtisadi metodlarının tətbiqini nəzərə almaqla istehsalat işinin şəbəkə qrafikinin layihələrinin işlənməsinə rəhbərlik edir. İstehsal işi layihələrinin işlənməsini və yerinə yetirilməsini, tikintinin təşkili layihələrinin və layihə təşkilatları, həmçinin xüsusi işləri yerinə yetirən subpodrat təşkilatları tərəfindən işlənmiş təqvim qrafiklərinin razılaşdırılmasını və icrasını təşkil edir. Tikinti quraşdırma işlərinin istehsalının tərtibi və qrafiklərinin razılaşdırılması, tikinti materiallarının, detal və konstruksiyaların, inşaat maşınlarının və texnoloji avadanlıqların gətirilməsi qrafiki işləri üzrə qrafiki istiqamətləndirir.