Gündüz vaxtı şəhərdaxili post və marşrutlara 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Şəhərkənarı yollarda və sutkanın qaranlıq vaxtında isə xidmət aparan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində sayrışan işıqların işlək vəziyyətdə olması tələb olunur. Videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadığı halda avtomobildə xidmət aparılması qadağandır.