Səyyar vergi yoxlamasında planlaşdırma səyyar vergi yoxlamasının səmərəli aparılmasını və onun həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin ardıcıllığıdır.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Qaydalarla tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:

– hüquqi şəxslər, fərdi sahibkarlar, sığortaedənlər, sığortalılar və (və ya) onların səlahiyyətli nümayəndələri;

– Vergi Məcəlləsinə müvafiq olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;

– Yoxlayıcı;

– Xarici dövlətin (ərazinin) səlahiyyətli orqanının nümayəndələri;

– Ekspertlər, mütəxəssislər, tərcüməçilər və müşahidəçilər.