Təbii fəlakətlər, yanğınlar və digər fövqəladə hallar zamanı yol polisi, əməliyyat və qəza-xilasetmə xidmətlərinə yardım edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Yol polisi əməkdaşları, ictimai asayişi bərpa etmək, əmlakı qorumaq, xəsarət almış insanlara yardım göstərmək və sahibsiz qalmış əmlakı mühafizə etmək kimi mühüm vəzifələri yerinə yetirir. Bu tədbirlər ərazidə təhlükəsizliyi təmin edir və fövqəladə hallar zamanı qayda pozuntularının qarşısını alır.