Böyük iş icraçısı (sahə rəisi) təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda böyük iş icraçısı (sahə rəisi) aidiyyatı orqanlara istehsalat zədələnmələri barədə vaxtlı-vaxtında məlumat verir, müəyyən olunmuş qaydada onları araşdırır. İtsehsalat zədələnmələrinə yol verməmək məqsədilə tədbirlərin işlənib hazırlanmasında iştirak edir, onların vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir. Sahədə müntəzəm olaraq xüsusi baxış keçirir, fəhlələrin əmək şəraitini yoxlayır və aşgar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görür.
Mühəndis-texniki işçilər, briqadirlər və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər ilə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulması nəticəsində yaranmış halların araşdırmaları haqqında iş aparır, mühəndis-texniki işçiləri və fəhlələri vaxtlı-vaxtında əməyin təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş əmr və sərənacmlarının məzmunu ilə tanış edir. Əməyin mühafizəsi üzrə, əyani təbliyat vasitələri ilə təmin edir. Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət edir.
Təşkilatın rəhbərliyinə, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək-intizamını pozanlara isə – intizam töhmətlərinin verilməsi haqqında təkliflər təqdim edir. Həmkarlar İttifaqı ilə birlikdə kollektivdə tərbiyəvi iş aparır.