Patrul postlarının və marşrutlarının dislokasiyası nizami polis hissələrinin komandiri və DYP bölümlərinin rəisi tərəfindən təsdiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Eyni zamanda, xidmətin təşkilində müxtəlif tabeli polis hissələri və DYP bölümlərinin birgə fəaliyyəti də nəzərə alınır. Xidmətə cəlb olunmuş əməkdaşların növbə cədvəlləri və iş qrafikləri də müəyyən edilir. Xidmətin təkmilləşdirilməsi məqsədilə hər bir patrul postu və marşrutu üçün xüsusi vərəq hazırlanır.