YPX inspektoru yol hərəkəti iştirakçılarına yaxınlaşarkən özünü təqdim etməli və bununla bağlı müəyyən qaydalara riayət etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

O, hərbi təzim qaydasında salam verməli, öz vəzifəsini, soyadını və rütbəsini bildirməlidir. Ayrıca, nəqliyyat vasitəsinin dayandırılma səbəbini izah etməlidir. Bu qaydalar əməkdaşların vətəndaşlarla peşəkar münasibətini təmin edir.