YPX-nin VƏZİFƏLƏRİ

02 Aprel 2025, 01:07

Yol-Patrul Xidməti (YPX) Dövlət Yol Polisi (DYP) qurumunun bir hissəsi olaraq fəaliyyət göstərir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

YPX, yol hərəkəti təhlükəsizliyini təmin etmək və dövlətin və cəmiyyətin maraqlarını qorumaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Xidmətin əsas məqsədi, yol hərəkətinin düzgün tənzimlənməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir. YPX, həmçinin yol hərəkəti qaydalarına riayət edilməsini və inzibati xətaların qarşısının alınmasını təmin edir.