İspaniya Kral Kubokunda ikinci finalçı bəlli olub.
Heftelik.az xəbər verir ki, yarımfinal oyununda “Atletiko Madrid” və “Barselona” komandaları üz-üzə gəlib. Matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə isə heç-heçə qeydə alınmışdı – 4:4.
Bununla da “Barselona” adını finala yazdırıb və “Real Madrid”ə rəqib olub.