Baş markşeyderin vəzifə borcu məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş markşeyder markşeyder xidmətinin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədləri; markşeyder avadanlığının texniki istismar qaydalarını; yer səthinin qalxıb-düşməsinə, qorunan obyektlərin vəziyyətinə aid müşahidə metodlarını; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; markşeyder işlərinin icra olunmasına. aid mütərəqqi təcrübələri; əmək qanunvericiliyinin əsaslarını; dağ-mədən işlərinin təhlükəsiz aparılması qaydlarını markşeyder işlərinin icra olunmasında əmək mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.