İnşaat laboratoriyalarının rəisi tikintidə işlərin keyfiyyətinin idarəolunmasına aid müvafiq icra hakimiyyəti orqanlarının qərar sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri; tikinti material, konstruksiya və məlumatlarının hazırlanma texnologiyasını və onların keyfiyyətinə qoyulan tələbləri; laboratoriyanın avadanlıqlarını və onların istismar qaydasını bilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda inşaat laboratoriyalarının rəisi tikinti materialı və hazır məhsula qoyulan texnki tələbləri, standart və texnoloji şərtləri; tədqiqatların təşkilini və keçirilmə metodlarını; tikinti istehalatının təşkilinin əsaslarını və texnologiyasını; tikintinin keyfiyyətinin yüksəldilməsinə aid mütərəqqi təcrübələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.