Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının iş vaxtı ərzində həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisində və ya sığortaedəndə, yaxud sığortalıda aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda həmin şəxsin olduğu yer müəyyən olunana qədər, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır).