Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1994-cı il təvəllüdlü L. Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə L. Əkbərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.