Səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər düzgün müəyyən edilməli, əsaslandırılmalı və vergi ödəyicisinin vergi, kommersiya və bank sirri qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.
Səyyar vergi yoxlaması zamanı sığortaedənə əlavə olaraq məcburi dövlət sosial sığorta və ya işsizlikdən sığorta haqqı, sığortalıya isə icbari tibbi sığorta haqqı hesablandıqda bu hesablama əsaslandırılmalı, habelə sığortaedənin və sığortalının kommersiya və bank sirri qorunmalıdır.