
Heftelik.az-ın məlumatına görə, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələr üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.
Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 6 fevral 2025-ci il tarixli sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib, maliyyə naziri təyin olunub.
Hazırda işdən azad edilənlər öncəki maliyyə naziri Samir Şərifova yaxın şəxslər sayılır. Samir Şərifov hazırda Baş nazirin müavini postunu tutur.