Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Heftelik.az-ın məlumatına görə, “Fənərbaxça” öz meydanında “Qalatasaray”ı qəbul edib.
Gərgin keçən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Görüşün sonlarına doğru “sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyo etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Belə ki, təcrübəli mütəxəssis “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruka fiziki müdaxilə edib. Portuqaliyalı onun burnunu sıxıb. Okan Buruk bundan sonra yerə yıxılıb.
Həmin kadrları sizə təqdim edirik: