Böyük iş icraçısı (sahə rəisi) tikinti norma və qaydalarını bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda böyük iş icraçısı (sahə rəisi) vahid norma və qiymətləri, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin istehsalına və qəbuluna aid texniki şərtləri; briqada və sahələrə aid təsərrüfat hesabının üsullarını; mütəxəssis və fəhlələrin əmək haqqının ödənilməsinə aid əsasnamələri; maddi həvəsləndirici formaları; texniki-iqtisadi və istehsalat planlaşdırmasının qayda və üsullarını; iqtisadiyyat və istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını; elmin nailiyyətlərini, tikinti istehsalının təşkilinə aid mütərəqqi təcrübələri; podrat təşkilatların sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasibətlərinin nizamlama qaydalarını; trestin istehsalat-texnoloji komplektləşmə və dispetçerləşdirilmə sistemini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.