Əgər sürücü protokolu qəbul etməkdən imtina edərsə, YPX inspektoru ona müvəqqəti sənəd verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu sənəd, sürücüyə nəqliyyat vasitəsini bir ay müddətinə idarə etmə hüququ verir. Protokola əlavə olunan sənədin qəbul edilməməsi halında, YPX inspektoru bu barədə qeydlər etməli və sənədi müvafiq qaydada təqdim etməlidir. Sürücünün bu sənədi qəbul etməməsi, avtomobilin hərəkət etməsinin dayandırılmasına səbəb ola bilər.