Təbii fəlakətlər nəticəsində yol hərəkətində yaranan maneələr barədə YPX inspektoru dərhal növbətçi hissəyə məlumat verir və sürücülərin təhlükə barədə xəbərdar edilməsini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Müvəqqəti olaraq hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi kimi tədbirlər görülə bilər. Həmçinin, təhlükəli sahələrdən keçməyin qarşısını alaraq xəsarət alanlara yardım göstərilir.