Baş texnoloq tikintinin illik planının yerinə yetirilməsi tədbirlərinin, o cümlədən qış şəraitində işin aparılmasının texniki təşkilat işləmələrini təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş texnoloq yeni texnikanın, ehtiyatları qoruyan qabaqcıl texnologiyanın; mütərəqqi materialların, detal və konstruksiyaların, tikinti proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, zayolmanın xəbərdarlığı və aradan qaldırılması, istehsalın əmək sərfinin aşağı salınması yetirilməsinə nəzarət edir. Təşkilatın istehsal bazasının perspektiv inkişafının işlənməsini təşkil edir. Tikintinin avtomatlaşdırılmış sistemlə idarəolunmasının işlənməsində və tətbiqində iştirak edir. Texnoloji intizama riayət olunmasına və tikintinn keyfiyyətiniin yüksəlməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət edir. İstehsal texnologiyasının təkmilləşdirilməsi üzrə iş təcrübəsinin ümumiləşdirilməsinə və mübadiləsinə rəhbərlik edir.