ABŞ Prezidenti Donald Tramp Azərbaycan məhsullarına da tarif  tətbiq edib.

Heftelik.az-ın məlumatına görə, Donald Tramp bununla bağlı fərman imzalayıb.

Sərəncama əsasən, Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10% tarif tətbiq olunacaq.

Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib.

Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.