YPX inspektoru xidmət yerinə gəldikdə növbətçiyə məruzə edir və zəruri göstərişlər alır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Şəhər və digər yaşayış məntəqələrində YPX inspektorları növbətçini operativ vəziyyət barədə hər saatda bir dəfə məlumatlandırır. Şəhərkənarı yollarda isə bu məlumatlandırma iki saatda bir dəfə edilməlidir. Bu, xidmətin effektivliyini artırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirilir.