YPX, müxtəlif xidməti-əməliyyat nəqliyyat vasitələri ilə təmin olunur, bunlara patrul avtomobilləri, motosikletlər və digər xüsusi texnika daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Həmçinin, YPX xidmətinə helikopterlər və xüsusi-texniki vasitələr də daxil edilir. YPX əməkdaşlarının işini dəstəkləmək üçün bort-kompüterlər və digər müvafiq texniki vasitələrdən istifadə edilir. Eyni zamanda, xidməti fəaliyyətin tələblərinə uyğun sənədlər və protokollar da təmin edilir.