Diplomatik immunitetə malik şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri təxliyyə avtomobili vasitəsilə müvəqqəti saxlanmaya aparılmır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Belə nəqliyyat vasitələrinin yerinin dəyişdirilməsi yalnız evakuator vasitəsilə mümkündür. Bu, yalnız tıxac və digər hərəkətə maneə yaradan hallar üçün nəzərdə tutulub. Bu şəkildə, yol hərəkətinin düzgün və təhlükəsiz şəkildə təmin edilməsi məqsəd qoyulur.