Canluici Buffon əfsanəvi futbolçudur, bütün zamanların ən böyük qapıçılarından biridir. “Yuventus”da keçirdiyi 17 il ərzində o, 10 Seriya A titulunu, 5 İtaliya Kubokunu və 6 Super Kuboku qazanıb, həmçinin 2006-cı ildə Dünya Çempionu olub. İnanılmaz seyvləri və ildırım sürəti ilə reaksiyası ilə tanınan Buffon hücumçuların qorxulu yuxusu idi.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, qapıçılığa dair demək olar ki, hər şeyi bilən bir insan kimi Buffon dünyanın ən yaxşı 5 qapıçısının adını çəkib.

Mayk Menyan – “Milan” 

Mayk Menyan 2022-ci ildə Huqo Lorisdən sonra Fransanın iki nömrəli qapıçısı idi, lakin indi klubun əsas qapıçısıdır. “Milan” bu mövsüm A Seriyasında 9-cu olsa da, Menyan dünyanın ən yaxşılarından biri olaraq qalır.

Yan Oblak – “Atletiko”

“Atletiko”ya keçdiyi vaxtdan bəri dünyanın ən yaxşı qapıçılarından biri olan Yan Oblak 2022-ci ildə Buffon tərəfindən qeyd edilib və o, hələ də yüksək səviyyədədir.

Bu mövsüm La Liqanın ən yaxşısıdır, fenomenal sabitlik göstərməyə davam edir. Gülməlidir, amma 2017-ci ildə Oblak “Yuventus”da Buffonun özünü əvəz edə bilərdi, amma transfer baş tutmayıb.

Manuel Noyer – “Bavariya”

• Dünya Çempionu 2014

• Çempionlar Liqasının 2013-cü il qalibi

Bütün zamanların ən böyük qapıçılarından biridir. Manuel Noyer 10 ildən çoxdur ki, futbolda dominantlıq edir. Buffon 2017-ci ildə onu “fiziki cəhətdən güclü və özünə inamlı biri kimi xarakterizə etmişdi. O, sadəcə aurası ilə komandaya sakitlik verir. O, ayaqları ilə əladır və qeyri-mümkün seyvlər edir”.

Noyer ötürmələri və topa nəzarəti ilə qapıçı rolunda inqilab edib.

Canluici Donnarumma – PSJ

16 yaşında “Milan”ın heyətinə daxil olanda “yeni Buffon” adlandırılan İtaliya millisinin əsas qapıçısıdır. Hələ Buffon səviyyəsinə çatmasa da, Donnarumma elit qapıçı olaraq qalır. 2021-ci ildə İngiltərə ilə finalda həlledici penaltiləri dəf edərək, Avropa çempionatında İtaliyaya qələbə qazandırıb. O, fenomenal reaksiyası və 11 metrlik zərbələri dəf etmək bacarığı ilə seçilir.

Tibo Kurtua – “Real”

Çoxları hələ də Kurtuanı dünyanın ən yaxşı qapıçısı hesab edir. O, “Real”da kuboklar qazanmağa və seyvləri ilə heyran etməyə davam edir. 2022 Çempionlar Liqasının finalının qəhrəmanı Tibo “Liverpul”la oyunda 9 seyv edərək Madrid klubuna 14-cü Çempionlar Kubokunu qazandırıb.

İdeal müasir qapıçı: hündürboy, inanılmaz dərəcədə çevik və təzyiq altında soyuqqanlıdır.