Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizaməddin məscidinin zirzəmi hissəsində insan sümüklərinin mövcudluğu ilə bağlı müxtəlif fikirlər var.
Heftelik.az məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirildikdən sonra sözügedən məsələ barədə dəqiq fikir söyləmək mümkün olacaq və bundan sonra atılacaq addımlar müəyyən ediləcək.
Qeyd edilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizaməddin məscidində bir neçə il öncə bərpa işləri aparılıb: “Tarixi abidənin mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçiləri tərəfindən nəzarət olunur”.