Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Qeyd edilib ki, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.