Baş mexanik təşkilatın tikinti obyektləri və müəssisələrinin inşaat maşınlarına, avadanlıqlara, ehtiyat hissələrinə, sürtkü-yanacaq materiallarına cari və perspektiv tələbatını müəyyən edir və onların alınması üçün sifarişləri tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş mexanik yeni maşınların və avadanlıqların qəbulunu təşkil edir, lazım olan hallarda reklamasiya aktlarını tərtib edir. Trest və idarələrdə, onlara məxsus inşaat maşınlarının, təşkilatın obyektlərində istifadəsinin plan və qrafiklərinin mexanikləşdirilməsini razılaşdırır. Digər xidmətlərlə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiqində iştirak edir, İnşaat maşınlarının və avadanlıqların pasportlaşdırılmasına, miqdarını, uçotunu, vəziyyətini və işini, ehtiyat hissələrinin, sürtgü-yanacaq materiallarının sərfini təşkil edir. Tikinti maliyyə planlarının işlənməsində, əməyin mühafizəsi şəraitinin yaxşılaşdırılmasına aid kompleks planının müvafiq bölmələrinin, yeni texnikanın tətbiqi və mexanizasiyası və avtonəqliyyat vasitələrinin səmərəli istifadəsi üzrə tədbirlərin; icra olunan işin və tikintinin kompleks mexanikləşdirilməsinin texnoloji sxemlərin layihələrinin, təşkilatın istehsal müəssisələrinin yenidən qurulması və tikintisi üzrə texnoloji proseslərin mexanikləşdirilməsinə və təmir bazasının inkişafına aid olan tapşırıqların işlənməsində iştirak edir, inşaat maşınlarının istismarı zamanı sürtkü-yanacaq materiallarının qənaətli sərfi üzrə tədbirlərin, tikinti quraşdırma işlərinin kompleks mexanikləşdirilməsinin səviyyəsinin, maşınların material və enerji ehtiyatların istifadə normasının yüksəldilməsi üzrə tapşırıqların həyata keçirilməsini təmin edir. Tətbiq və yeni texnikanın öyrənilməsi üzrə eksperimaertal, sazlama və digər işlərlə, avadanlıqların sınağında, yeni və təmirdən çıxmış avadanlıqların qəbulunda iştirak edir. Sıradan çıxmış inşaat maşınların və avadanlıqların təşkilatın balansından silinməsi üçün sənədləri tərtib edir.