Baş texnoloq tikinti istehsalının təşkil olunmuş texnoloji hazırlıq sistemini bilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda baş texnoloq təşkilatın texniki inkişafının perspektivlərini; tikinti-quraşdırma işlərinin və yardımçı istehsalın texnologiyasını; tikinti istehsalının texnoloji hazırlığının təşkilini avadanlıqların istehsal gücünü, konstruktiv xüsusiyyətlərini və iş rejimini, onun istismar qaydalarını; tikinti norma və qaydalarının, dövlət standartlarının və texniki şərtlərin tələblərini; xammala, materiala qoyulan texniki tələbləri; texniki sənədlərin işlənməsinə və tərtib olunmasına dair əsasnamələri; təlimatları və digər rəhbəredici sənədləri; yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinin iqtisadi səmərliliyinin müəyyən edilməsi metodlarını; tikintinin istehsal texnologiyasının sahəsində elm və texnikanın nailiyyətlərini və qabaqcıl milli və beynəlxalq təcrübəni; iqtisadiyyatın və istehsalın, əməyin və idarəetmənin təşkilinin əsəslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları bilməlidir.