İnzibati xəta aşkar edildikdə, səlahiyyətli DYP əməkdaşı protokol tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Protokol sürücülük vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi əsasında hazırlanır. Müvəqqəti idarəetmə hüququ olan şəxs üçün sənədləşmə yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır. Foto və videoqeydiyyat funksiyalarına malik cihazların köməyi ilə aşkar edilən xətalar barədə protokollar kağız formasında yazılır.