Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti quru yolu ilə ölkəyə gətirilərək ailəsinə təhvil verilib.
O, yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb. Fevralın 2-də Nazim Abbasovun meyiti İranda balıqçılar tərəfindən aşkar olunub.