Şəmkirdə güclü külək fəsadlar törədib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, külək rayonun Şiştəpə kəndində yerləşən Qalib Allahverdiyev adına tam orta məktəbin dam örtüyünü uçurub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən bildirilib ki, tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Şəmkirdə güclü küləyə görə dam örtüyü aşan məktəbin şagirdləri müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Qeyd olunub ki, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.