Layihə-smeta bürosunun (qrupunun) rəisi idarənin özünün tikinti obyektlərinə texniki nəzarət edir və başa çatmış tikinti-quraşdırma ilərinin qəbulunda iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda layihə-smeta bürosunun (qrupunun) rəisi idarənin özünün tikinti obyektlərinin, Dövlət komissiyası tərəfindən istismara qəbul olunması ilə əlaqədar, hazırlıq və qəbul işlərinin təşkilində iştirak edir. Layihə-smeta bürosunun (qrupunun) rəisi kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.  Layihə-smeta bürosunun (qrupunun) rəisi büronun (qrupun) işçilərinə rəhbərlik edir.

Layihə-smeta bürosunun (qrupunun) rəisi tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyasını; iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; tikinti obyektlərinin layihələndirilməsi sahəsinə aid elmi nailiyyətləri və mütərəqqi təcrübələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsini, təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.