Patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin arxasında saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu qayda, inspektorların təhlükəsizliyini təmin edir və nəqliyyatın hərəkətini maneə yaratmamaq üçün nəzərdə tutulub. Yol şəraitinə görə patrul avtomobili qarşıda da dayana bilər. Lakin, təhlükəsizliyin təmin edilməsi üçün YPX inspektoru, dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmamalıdır.