YPX inspektoru patrul postunda yol hərəkətinə nəzarət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu, yol-nəqliyyat hadisələrinin qarşısını almağa və hərəkət zamanı yaranan ləngimələri aradan qaldırmağa yönəlir. Yol hərəkəti qaydalarını pozan sürücülər xəbərdar edilməli və müvafiq tədbirlər görülməlidir. Patrul postunda işin təşkilatında hərəkət edən YPX inspektorlarına əməli köməklik göstərilməlidir.