Yol-Patrul Xidmətinin (YPX) iş planları, ərazidəki qəzalılıq vəziyyətini və ictimai asayişin qorunmasını nəzərə alaraq hazırlanır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu planlaşdırmada cinayətkarlıqla mübarizə və inzibati xətaların təhlili önəmli yer tutur. Həmçinin, xidmət fəaliyyətinin təkmilləşdirilməsi və korrupsiya kimi hüquq pozuntularının qarşısının alınması məsələləri də diqqətə alınır. Xidmətin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi üçün əhəmiyyətli məlumatlar qeydiyyata alınır və təhlil edilir.