Səyyar vergi yoxlaması aktı istisna olmaqla, digər aktlar tətbiq edilmə xüsusiyyətlərindən asılı olaraq səyyar vergi yoxlamasının həyata keçirildiyi yerdə tərtib edilir və qeyd edilmiş məlumatlar AVİS-in audit altsisteminə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.
Səyyar vergi yoxlaması aşağıdakı mərhələlərdən ibarətdir:
– səyyar vergi yoxlaması məqsədilə vergi ödəyicilərinin və ya sığortaedənlərin və ya sığortalıların seçilməsi;
– səyyar vergi yoxlamasının başlanması;
– səyyar vergi yoxlamasında ilkin araşdırma;
– səyyar vergi yoxlamasında planlaşdırma;
– vergidən yayınma risklərinin təhlili və müəyyən edilməsi;
– səyyar vergi yoxlamasının nəticələrinin müzakirəsi və qiymətləndirilməsi;
– səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi.