Yanğın baş verdikdə YPX inspektoru dərhal növbətçi hissəyə və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Yanğının qarşısını almaq üçün mümkün tədbirlər görülür, nəqliyyat vasitələrinin yanğın yerindən kənarlaşdırılması təmin edilir və yanğınsöndürən avtomobillərin maneəsiz gəlişi təmin edilir. Bu tədbirlər yanğının daha da genişlənməsinin qarşısını almağa kömək edir.