YPX-nin əsas xidmət FORMALARI

07 Aprel 2025, 01:09

YPX-nin fəaliyyətində əsasən dörd növ xidmət forması tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bura avtomobil və motosikletlə xidmət aparma, piyada xidmət aparma, postlarda və stasionar postlarda xidmət aparma, eləcə də helikopterlə xidmət aparma daxildir. Hər bir xidmət forması, yol hərəkətinin tələbləri və şəraiti ilə uyğun olaraq təşkil olunur. Xidmətlər, həmçinin nəqliyyat vasitələrinin və piyadaların intensivliyini nəzərə alaraq həyata keçirilir. Helikopterlə xidmət, daha yüksək hərəkət intensivliyinə malik olan yollar üzrə təşkil edilir.