YPX-nin fəaliyyətinin qiymətləndirilməsi bir neçə əsas istiqamət üzrə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu istiqamətlərə qəzalılığın vəziyyəti, yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması, nizam-intizam, vətəndaşların müraciətləri və digər əməliyyat məsələləri daxildir. Həmçinin, naryadın idarə edilməsi, silah və avadanlıqların mühafizəsi də nəzərə alınır. Qiymətləndirmə, həmçinin əhalinin YPX-nin fəaliyyətinə münasibətinə də əsaslanır.