Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur.

Heftelik.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb:

“Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil”.