Baş mexanik inşaat maşınlarının, avadanlıqların, istehsal sahələrinin də təmir-istismar bazalarının qış şəraitində işə hazırlığı üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş mexanik qəbul edilmiş qaydada Dövlət dağmədən texnki nəzarət ilə birlikdə yükqaldıran maşınların və avadanlıqların plandankənar dayanmalarının xəbərdarlığı, düyün və detalların xidmət müddətinin uzaldılması, avadanlıqların saxlanmasının yaxşılaşdırılması üzrə-tədbirləri işləyir və həyata keçirir. Maşınların istismarı ilə əlaqədar qəza səbəblərini öyrənir, onların xəbərdarlığı üçün tədbirlər işləyir və tətbiq edir. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhlilini və uçotunu təmin edir, maşın və mexanizmlərin işi ilə əlaqədar istehsalatdakı bədbəxt hadisələrin əməyin mühafizəsi, işçilərin biliyinin yoxlanılması üzrə komissiyanın işində iştirak edir. Səmərələşdirici təkliflərin tətbiqini təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Təşkilatın tikinti bölmələrinin, müəssisələrinin və təmir-istismar bazalarının mexaniklərinin işinə metodiki rəhbərliyi həyata keçirir.