Dominikan Respublikasında gecə klubunun damı uçub, azı 18 nəfər ölüb.

Heftelik.az-ın xəbərinə görə, bu haqda “Independent” nəşri məlumat yayıb.

Hadisə paytaxt Santo Dominqodakı “Jet Set” gecə klubunda baş verib.

Prezident Luis Abinader “X”də faciə ilə bağlı açıqlama verib:

“Jet Set gecə klubunda baş verən faciəyə görə dərin təəssüf hissi keçiririk. Hadisəni anbaan izləyirik”.

Təcili Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez bildirib ki, hadisə zamanı 120-dən çox insan yaralanıb. Xilasedicilər dağıntılar altında axtarışlar aparırlar:

“Biz güman edirik ki, onların bir çoxu hələ də sağdır və buna görə də dağıntılar altında bir nəfər belə qalmayana qədər işimizi buraxmayacağıq”.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşdirilməyib.